
AŞ PA-da ER parlamentinin nümayəndə heyətinin üzvü Sona Ğazaryan AŞ PA-nın plenar iclasında çıxış edib.
“Mən yaxşı və vaxtında yazılmış bu hesabatı yüksək qiymətləndirirəm. Siyasi partiyalar, digər aktorlarla yanaşı, nifrət, irqçilik və ksenofobiya ilə mübarizə aparmaq üçün məsuliyyət daşıyırlar.
Amma bu gün biz tez-tez görürük ki, siyasi partiyalar bunun əvəzinə seçki kampaniyalarını, ritorikasını bəzən hərəkətlərini , irqçilik və ya ksenofobiya, nifrət üzərində qururlar..
Bu Avropada, Avropadan kənarda baş verir.
Bəzən belə siyasi partiyalar və onların liderləri özlərini tələyə salırlar. Onlar nifrəti o dərəcədə yayır, gücləndirirlər ki, sonra ona üstün gəlməyi bacarmırlar.
Qonşuluqda yaşayan cəmiyyətə belə böyük bir nifrətin yayılması və təbliği xüsusilə təhlükəlidir. Dağlıq Qarabağ münaqişəsi kontekstində Azərbaycanda ermənilərə qarşı sistemli nifrəti nəzərdə tutan, eyni zamanda, sülh yolu ilə nizamlanmaya ehtiyacı olan, həll olunmamış münaqişə olduqda daha təhlükəlidir.
Müharibəni tərənnüm edən, əsirlikdə olan erməni hərbiçilərinin təsvir olunduğu, insan ləyaqətinin alçaldıldığı, ermənilərin qeyri-insani nümayiş olunan Bakı Strateq Parkının işindən yaxşı xəbəriniz var.
Hətta məktəbliləri də həmin parka aparırdılar. Bu, dövlət tərəfindən dəstəklənən nifrət irqçiliyi hadisəsi idi.
Erməni hərbiçilərinin manikenləri yalnız Ermənistan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyaya əsasən Beynəlxalq Məhkəməyə müraciət etdikdən sonra çıxarılıb.
Beynəlxalq Ədalət məhkəməsi artıq Azərbaycanı “erməni və ya etnik mənşəli şəxsləri hədəfə alan rəsmi şəxsləri və qeyri-hökumət təşkilatları tərəfindən irqi ədavətin, ayrı-seçkiliyin qızışdırılması və təhrikinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə” çağıran müvəqqəti qərardad artıq qəbul edib.
Nəzərinizə çatdırım ki, Beynəlxalq Ədalət məhkəməsi bəyan edib ki, məhz Azərbaycanda məmurlar və qeyri-hökumət təşkilatları ermənilərə qarşı nifrət alovlandıraraq təbliğ edirlər.
Düşünürəm ki, Avropa Şurası Parlament Assambleyası da dövlət səviyyəsində nifrət nitqi, irqçilik, ksenofobiya, birbaşa onlardan sonra danışmalıdır, buna qarşı birlikdə mübarizə aparmalıyıq, çünki nifrət civə kimi zəhərlidir, töküldükdən sonra çox pisdir və onu toplamaq çətindir”, – deyə Sona Ğazaryan çıxışı ərzinndə qeyd edib.