BaşlıcaSiyasət

Karen Donfried: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli prosessində MQ həmsədrlərinin işinə sadiqdir”

“Cənubi Qafqazdakı vəziyyət çox vacibdir. Düşünürəm ki, burada imkan var. Əvvəlan  siz ermənilər, ilk növbədə, qonşularınızla birlikdə çalışmalısınız ki, bu barışıq gündəmini irəli aparasız.

Amma mən bildirmək istəyirəm ki, Birləşmiş Ştatlar bu prosesdə iştirak edir və buna kömək etməyə hazırdır” – deyə  ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Karen Donfrid “Azatutyun” radiosuna verdiyi müsahibəsində bildirib.

Karen Donfrid Ermənistan və Azərbaycan arasında dialoqun Dağlıq Qarabağdakı vəziyyətin nizamlanmasına gətirib çıxaracağına ümid etdiyini bildirib.

O, bu məsələdə ABŞ-ın rolundan danışaraq qeyd edib ki, ABŞ Dağlıq Qarabağ məsələsində mühüm rol oynayan Minsk Qrupu həmsədrlərinin də üzvüdür.

“Biz bu prosesə sadiq qalırıq. Biz görürük ki, Avropa Birliyi mühüm rol oynayır. Ona görə də mən hiss edirəm ki, bu, region üçün bir fürsətdir. Biz Ermənistanın  sülhə nail olması üçün əlimizdən gələni edəcəyik” – deyə Karen Donfrid bildirib.

Azərbaycan prezidentinin  hərbi nəfəsli ritorikasına toxunan Karen Donfrid vurğulayıb ki, əgər Azərbaycan və Ermənistan arasında barışıqda irəliləyiş olacaqsa, o zaman heç bir şübhə yoxdur ki, insanlar onların sözlərinə diqqət yetirməli və geri addım atmalıdırlar.

Daha çox göstər
Back to top button