BaşlıcaSiyasət

Karen Donfried: “Birləşmiş Ştatlar Ermənistana daha güclü və daha möhkəm demokratiyaya sahib olmaqda kömək etmək öhdəliyi götürür”

ABŞ və Ermənistan arasında 30 illik münasibətlərin məqsədi iqtisadi rifahı inkişaf etdirmək, təhlükəsizlik və müdafiə məsələlərini, eləcə də demokratiya gündəmini irəli aparmaqdır.

Bu haqda “Azatutyun” radiosuna müsahibəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Karen Donfrid deyib.

“Ermənistanla dialoqumuzun həyati vacib məsələlərindən biri Ermənistanda demokratiyanın gücləndirilməsidir. Bu yaxınlarda Ermənistan-Amerika Strateji dialoqunda iştirak etmək üçün Vaşinqtonda olan Ermənistan Xarici işlər naziri ilə bu və bir sıra digər mühüm məsələlər ətrafında müzakirələr apardıq.

Həmin dialoqun sütunlarından biri demokratiyanı necə gücləndirə biləcəyimizi, fundamental hüquqlara hörmətimizi necə gücləndirə biləcəyimizi müzakirə etmək olub.

Bu söhbətin bir hissəsi polis və hüquq-mühafizə sisteminə gəldikdə məsuliyyəti necə artıra biləcəyimizdən ibarət idi. Karen Donfried deyib:

“Biz Ermənistana öz demokratiyasını daha güclü və dayanıqlı etməkdə kömək etməyə sadiqik”.

O, ötən il ER baş naziri Nikol Paşinyanın da iştirak etdiyi “Demokratiya naminə” sammitinə toxunaraq qeyd edib ki, nəticədə hər bir iştirakçı ölkə öz fəaliyyət planı hazırlayıb və bunun üçün gələn il  bütün iştirakçı dövlətlərdən ciddi iş tələb olunur.

Daha çox göstər
Back to top button