TMZ xəbər verir ki, amerikalı reper Kanye Uest (Ye) və onun keçmiş həyat yoldaşı Kim Kardaşyan yenidən ünsiyyətə başlayıblar.
“Today” şou verilişinin efirində Kardaşyan reperlə birlikdə Atalar Gününü necə qeyd etdiklərini danışıb.
Ulduz proqram zamanı “Uşaqlar bütün günü onunla keçirdilər, sonra isə Atalar günündə böyük şam yeməyi yedik” deyib.
O, qeyd edib ki, həmin gün onu böyüdən, övladlarının tərbiyəsi ilə məşğul olan insanlara ehtiramını bildirmək istəyib.
Xatırladaq ki, Kanye Uest və Kim Kardaşyan 2022-ci ilin martında rəsmən boşanıblar.Onlar 7 il evil olublar.