BaşlıcaSiyasət

Nikol Paşinyanın dövlətlərarası telefon danışıqlarının statistikası: Dəyişməmiş telefon həmsöhbəti

Ermənistanın Baş naziri Nikol Paşinyan son vaxtlar Rusiya Prezidenti Vladimir Putinlə kifayət qədər intensiv telefon əlaqəsi saxlayır. Bu barədə “Məlumatlı vətəndaşlar birliyi” məqalə dərc edib.

Məqalədə deyilir: “Ümumiyyətlə, dövlət başçısının rəsmi telefon danışıqlarına dair məlumatları öyrənməklə konkret dövrün inkişafı, önəmlikləri və çağırışları haqqında müəyyən təsəvvür əldə etmək olar.

Bundan əvvəl bu iki nəşrdə (birinci, ikinci) Nikol Paşinyanın vəzifəsini icra edərkən baş vermiş rəsmi telefon danışıqlarına artıq istinad etmişik.

Bu nəşrlə biz son dərc olunan gündən başlayaraq telefon danışıqlarının statistikasını nəzərdən keçirməyə davam edəcəyik. Müvafiq olaraq, aşağıda Nikol Paşinyanın 2021-ci il fevralın 16-dan bu məqalə dərc olunana qədər etdiyi rəsmi telefon danışıqlarının statistikası verilmişdir.

Ümumi məlumat

ER Baş nazirinin rəsmi saytının məlumatına görə, Nikol Paşinyan  həmin müddətində 54 telefon danışığı aparıb.

Ermənistan Respublikasının Baş nazirinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə 24 danışığı  olub. Paşinyanın növbəti ən çox telefon danışıqları Fransa Prezidenti Emanuel Makron və ABŞ dövlət katibi Entoni Blinkendir – hər biriylə 5 telefon danışığıdır.

Paşinyan həmçinin müntəzəm şəkildə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Qazaxıstan Prezidenti Kasım-Comrat Tokayevlə və son olaraq Avropa Şurasının sədri Şarl Mişellə (hər biriylə 3 dəfə) telefon danışığı aparıb.

Bundan başqa, Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko və İran Prezidenti İbrahim Rəisi ilə 2 telefon danışığı aparıb.

Baş nazir Qırğızıstan Prezidenti, Türkmənistanın bir-birinə ardıcıllıq edən prezidentləri ata və oğul Berdiməhəmmədov, Qazaxıstanın Baş naziri, Kanadanın Baş naziri, Rusiyanın Baş naziri, Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Beynəlxalq Qırmızı Xaç  komitəsinin rəhbəriylə telefon danışığı aparıb.

 Səbəblər:

Qeyd olunan dövr Ermənistan üçün kifayət qədər ağır sınaqlarla, müxtəlif beynəlxalq təlatümlərlə dolğun olub..

Əvvəlan , ötən ilin mayında Azərbaycan Ermənistanın Sünik və Geqarkunik bölgələrindəki suveren ərazisini işğal edib. Nominal müttəfiqlərinin dəstəyini istəyən Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib. Bütün proses, təbii ki, aktiv telefon müzakirələri ilə müşayiət olunub.

Xüsusilə, may  ayında olan  gərginlik fonunda ER Baş naziri Putin (iki dəfə), Makron, Sallivan, Belarus və Qırğızıstan prezidentləri ilə telefon danışığı aparıb.

Növbəti dəfə telefon zənglərinin sayı 2022-ci ilin yanvarında, həm də KTMT kontekstində, bu dəfə Qazaxıstanda baş verən kütləvi iğtişaşlarla əlaqədar olaraq, ölkənin KTMT-yə üzv olmaq qərarına gəlib.

Həmin vaxt KTMT-yə sədrlik edən ölkə Baş nazir Paşinyan tərəfindən təmsil olunan Ermənistan idi. Sonuncu Qazaxıstanda baş verən hadisələr və ora KTMT sülhməramlılarının göndərilməsi hərəkətləri fonunda Qazaxıstan və Rusiya liderləri ilə iki dəfə telefon danışığı aparıb.

Bundan başqa, həmin dövrdə Paşinyan Gürcüstanın Baş naziri ilə də telefon danışığı aparıb.

Maraqlıdır ki, 2022-ci il fevralın 24-də Rusiya ilə Ukrayna arasında baş verən müharibədən sonra Putinlə Paşinyan arasında 7 telefon danışığı olub.

 Bundan başqa, həmin dövrdə Avropa Şurasının  sədri Şarl Mişelin simasında Avropa vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında diplomatik proseslər intensivləşib.

 Bu miqyasda keçirilən üçtərəfli görüşlərdən sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları olub. Eyni dövrdə, 2022-ci ilin aprel-may aylarında Paşinyan Blinken və Çarlz Mişellə telefon danışığı aparıb.

Sonda qeyd edək ki, hazırkı statistika Ermənistanın xarici siyasətində müəyyən aktivlik nümayiş etdirir və Ermənistan liderinin əsas telefon həmsöhbəti Rusiya Prezidenti olaraq qalır.

Daha çox göstər
Back to top button