BaşlıcaEkonomika

ABŞ Ermənistana demokratik islahatlar üçün 120 milyon dollar qrant verəcək

Hökumət iyunun 23-də keçirilən iclasında Ermənistan və ABŞ arasında Qrant İnkişafı üzrə əməkdaşlıq sazişinin imzalanması təklifini təsdiqləyib.

Qərarın əsaslandırmasında bildirilir ki, ABŞ Beynəlxalq inkişaf agentliyi (bundan sonra – USAİD) hökuməti arasında “İnkişaf sahəsində əməkdaşlıq üzrə Ermənistan Respublikası və Amerika Birləşmiş Ştatlarının Qrant sazişi”nin imzalanması planlaşdırılır.

İnkişaf əməkdaşlığı Qrant sazişinin məqsədi Ermənistana demokratiya və iqtisadi sabitliyin möhkəmləndirilməsinə yönəlmiş islahatlar prosesində kömək etməkdir.

USAID-in Məqsədlərə çatmaq üçün ümumi investisiyası 120 000 000 ABŞ dolları təşkil edir ki, bu da hissə-hissə ödəniləcək. USAID öz ümumi töhfəsini məqsədlər arasında aşağıdakı kimi bölüşdürməyi planlaşdırır:

Demokratiyanı təşviq etmək üçün 68,565,000 dollar

İqtisadi təhlükəsizliyin yaxşılaşdırılması üçün 51,435,000 dollar.

COVID-19 epidemiyasının yaratdığı sarsıntıları, 2021-ci ildə olduğu kimi Dağlıq Qarabağa qarşı müharibənin başladığı nəzərə alaraq həmin  sənədlə Amerika Birləşmiş Ştatları Ermənistan Respublikasına effektiv və hesabatlı idarəetmənin qurulmasında dəstək verməyi, demokratik nailiyyətlərin qorunub saxlanılması, eləcə də iqtisadi çağırışların aradan qaldırılmasını öhdəsinə götürür.

Daha çox göstər
Back to top button