
ABŞ-ın Ermənistan, Gürcüstan və Azərbaycandakı səfirləri Vaşinqtonda keçirilən ABŞ səfirlərinin konfransında görüşüblər. Bu haqda ABŞ-ın Ermənistandakı səfirliyinin “Facebook” səhifəsi məlumatlandırıb.
“Vaşinqtonda keçirilən ABŞ Səfirlərinin Konfransı zamanı səfirlər Treysi və Deqnan və Litsenberqer ABŞ-ın Ermənistan, Gürcüstan və Azərbaycanda siyasəti, proqramları və koordinasiyası ilə bağlı fikir mübadiləsi aparıblar.
“Onlar əməkdaşlığın gücləndirilməsinə, müstəqilliyin möhkəmləndirilməsinə, region xalqları üçün daha təhlükəsiz, sabit və firavan gələcək qurmağa sadiqliyimizi bir daha təsdiqlədilər” – deyərək qeyd olunub.