Ombudsman Azərbaycan silahlı qüvvələrinin Ermınistanın mülki əhalisinə qarşı törətdiyi işgəncə hallarına toxunub

Ermənistan Respublikasının Ombudsmanı Kristine Qriqoryan BMT-nin İnsan Hüquqları Şurasının 50-ci sessiyası çərçivəsində BMT-nin məhkəmədənkənar, məhkəmə olmadan və ya özbaşına edamlar üzrə xüsusi məruzəçisi ilə müzakirəyə videomüraciət edib.
Ombudsman 2020-ci ildə Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı və bundan sonra da Ermənistanın mülki əhalisinə, o cümlədən qocalara, hərbi əsirlərə qarşı Azərbaycan silahlı qüvvələrinin törətdiyi işgəncələrə toxunaraq qeyd etdi ki, hətta internetdə belə ekstremal zorakılıq aktlarına beynəlxalq reaksiya, yumşaq desək, qeyri-mütənasib və qeyri-kafi olub.
Kristine Qriqoryan Xüsusi Məruzəçinin regiona daha çox səfər etməsinin vacibliyini vurğulayaraq, mandatın səmərəli icrasının təminatı kimi yerlərdə vəziyyətlə tanış olmağın zəruriliyini qeyd edib.
Kristine Qriqoryan xüsusi məruzəçi ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.