Başlıcaİctimaiyyət

Çexiyada Aİ-nin üzvü olmayan ölkələrlə əməkdaşlığa dair sammit keçiriləcək

Avropa İttifaqı ölkələrinin liderləri Çexiyaya müraciət edərək, Aİ Şurasına sədrlik edən Çexiyanı Avropa İttifaqına üzv olmayan dövlətlərlə əməkdaşlığa dair sammit təşkil etməyə çağırıblar.

Bu barədə iyunun 24-də Çexiyanın Baş naziri Petr Fiala jurnalistlərə bildirib.

“Aİ liderləri Çexiyadan Aİ-yə daxil olmayan ölkələrlə əməkdaşlığa dair sammit keçirməyi xahiş ediblər”,-deyə o qeyd edib.

Sammitdə Aİ-yə namizəd ölkə statusu almış Ukrayna ilə əməkdaşlığın inkişafı da müzakirə olunacaq. Aİ Avropaya inteqrasiya prosesinin həyata keçirilməsində Kiyevə hər cür köməklik göstərmək niyyətindədir.

Daha çox göstər
Back to top button