BaşlıcaSiyasətTəhlil

Lavrovun konkret təklifləri ilə bağlı hələlik konkretlik yoxdur: Politoloq

Rusiyanın XİN başçısı Sergey Lavrov Bakıda İlham Əliyev ilə görüşüb. Danışıqların gündəliyinə Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli razılaşmaların icrası, eləcə də sərhəddəki gərginlik fonunda Yerevanla Bakı arasında münasibətlərin normallaşdırılması daxildi.

Lavrovun bu səfərindən əvvəl Türkiyə, Ermənistan və İrana səfərləri olub. Əslində, Rusiya tərəfinin regional oyunçularla əldə etdiyi razılaşmalara Bakıda yekun vurulub.

Sergey Lavrov Azərbaycan prezidenti ilə görüşündə Moskvanın Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladığı üç sənədin həyata keçirilməsinə dəstək verməyə hazır olmasından danışıb.

“Bizim dəyərləndirməmizə görə, kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətində müəyyən irəliləyiş var. Razılaşdırılmalı məsələləri biz Ermənistan tərəfi ilə müzakirə edirik. Mənə belə gəlir ki, avtomobillərin maksimum komfort şəkildə hərəkətinə heç bir süni maneə yaradılmaması üçün bu işin təşkili məsələsini necə həll etmək barədə ümumi fikir formalaşır”,- deyə o qeyd etdi.

Azərbaycan prezidentinin sözlərinə görə, Ermənistan Azərbaycanın sülh sazişi ilə bağlı təkliflərini cavabsız qoyub. Lakin Lavrov qeyd edib ki, Ermənistan tərəfi gələcək sazişlə bağlı danışıqlara hazırdır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın cavabsız qalan təklifləri ilə bağlı bəyanata cavab verib. Onun sözlərinə görə, Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun həmsədr ölkələri vasitəsilə hərtərəfli sülh gündəliyi ilə bağlı təklifimizi Azərbaycana çatdırıb, lakin indiyədək heç bir rəsmi cavab almayıb.

“Yəni, Azərbaycan prezidentinin iddialarının əksinə olaraq, Ermənistan sülh danışıqları təklifini nəinki rədd etmədi, hətta sülh müqaviləsi üzrə danışıqlar təklifinə müsbət cavab verdi və Azərbaycanın cavabını gözləyir”.

Politoloq Robert Qevondyanın fikrincə, Azərbaycan Naxicevanla münasibətlərində istədiyi nəticəni əldə etmək üçün təzyiq göstərməyə çalışır.

“Azərbaycan Rusiyadan Naxicevanla əlaqə tələb etməyə çalışır. Güman edirəm ki, Azərbaycan bu əlaqəni gömrük keçid məntəqələri olmadan, hansısa fövqəladə qurumun və ya başqa dövlətin nəzarəti altında keçirilməsini təssəvvür edir. Bu isə maraqlarımıza uyğun gəlmir. Ermənistan dəfələrlə bəyan edib ki, o yolda Ermənistandan başqa heç bir yurisdiksiya olmamalıdır.

Lavrov bununla bağlı konkret heç nə deməyib, sadəcə qeyd edib ki, Ermənistan danışıqları davam etdirməyə hazırdır. Nəzərə alsaq ki, həm Azərbaycan prezidenti, həm də Lavrovun baş nazirin müavinləri səviyyəsində keçirilən görüşdə irəliləyişlə bağlı danışdıqları, ola bilsin ki, bu məsələ ilə bağlı hansısa razılıq var, bu barədə yaxın vaxtlarda öyrənəcəyik”.

Moskvanın demarkasiya və delimitasiya işləri ilə bağlı mümkün təkliflərinə gəlincə ekspert qeyd edib: “Güman edirəm ki, söhbət anklavların problemini nəzərə alaraq əsas magistral yollara nəzarətdən gedir, ola bilsin ki, müəyyən mübadilə problemləri var. Sonda tərəflərin infrastruktur imkanlarının artmasına səbəb olacaq anklavların və ya hansısa kiçik ərazilərin mübadiləsi və ya siyasi məsələlər ola bilər, amma indiki halda konkret nəsə demək mümkün deyil”.

Daha çox göstər
Back to top button