
ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Dağlıq Qarabağla bağlı müzakirənin keçirilməsinə dair amerikalı həmkarının təklifini qəbul etməyib.
Bu barədə ABŞ dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun “Twitter” hesabında qeyd olunub.
“ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bu gün həmkarları ilə Dağlıq Qarabağın gələcəyini müzakirə etmək üçün danışıb. Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etməyib. Ümid edirik ki, Minsk qrupunun işi davam edəcək”, – qeyd olunub.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib ki, ABŞ və Fransa ATƏT-in Minsk Qrupu üzrə işi bərpa etməyə hazır olduqları barədə siqnallar göndərməyib.