Ermənistanda “Halal” beynəlxalq standartlaşdırma və sertifikatlaşdırma mərkəzi yaradılacaq

Yerli məhsulların ixrac prosesini təşviq etmək üçün Ermənistanda “Halal” beynəlxalq standartlaşdırma və sertifikatlaşdırma mərkəzinin yaradılması nəzərdə tutulur. Armenpress-in məlumatına görə, bu məqsədlə iyunun 27-də ER İqtisadiyyat Nazirliyində “Halal” beynəlxalq standartlaşdırma və sertifikatlaşdırma mərkəzinin mütəxəssisləri Ermənistanın biznes ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Mərkəz həm məhsullar, həm də xidmətləri sertifikatlaşdırır.
“Halal” mərkəzi nüfuzlu sertifikatlaşdırma orqanıdır. 2002-ci ildən Rusiya müsəlmanlarının diqqətli idarəçiliyi altında fəaliyyət göstərir və MDB ölkələrində “Halal” sənayesinin yaradıcısı hesab olunur.
Hazırda Mərkəz vasitəsilə 40-dan çox şirkət öz məhsullarını Yaxın Şərq ölkələrinə: Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı, İran İslam Respublikasına ixrac edir.