BaşlıcaSiyasət

Paşinyan Azərbaycanın ittihamlarına cavab verib: “ER demarkasiya prosesindən yayınmır”

Ermənistan demarkasiya-delimitasiya  prosesində iştirakdan çəkinmir. Bu haqda  ER  Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında bəyan edib.

Qeyd edək ki, son vaxtlar Azərbaycan nümayəndələri belə bir fikir yaratmağa çalışırlar ki, guya Ermənistan Respublikası demarkasiya və sərhəd təhlükəsizliyi komitəsinin işini təxirə salmağa çalışır.

“Ermənistan-Azərbaycan sərhədində keçirilən əvvəlki görüşdə birgə qərar qəbul edilib ki, növbəti görüşün ən azı bir ay sonra Moskvada keçirilməsi nəzərdə tutulur.

Birgə qərarın olduğunu vurğulayıram. Tərəflər bunu qeydə alıblar. bəzi işlər var ki, onları 1 aydan əvvəl görmək mümkün olmayacaq.

May ayında Ermənistan Respublikası iki dəfə hazır olduğunu bildirib.Hətta sərhədin mühafizəsi və sərhəd təhlükəsizliyi üzrə birgə komissiyanın iclasının başlanması ilə bağlı ilkin razılıq da var idi.

Həmin görüş Azərbaycan tərəfindən iki dəfə ləğv edilib və ya təxirə salınıb” –  deyərək Paşinyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətlərində sülh gündəminə alternativ yoxdur. Baş nazir qeyd edib ki, Azərbaycan müxtəlif mövzularda danışmaqdan imtina edir və Ermənistanı danışmaqdan imtina etməkdə ittiham edir.

Paşinyanın sözlərinə görə, Azərbaycan belə addımlarla Ermənistana qarşı yeni müharibənin legitimliyini toplamağa çalışır.

Baş nazir yol əlaqəsi məsələsinə toxunaraq, bu məsələdə də eyni vəziyyətin olduğunu vurğulayıb.

Daha çox göstər
Back to top button