BaşlıcaSiyasət

Paşinyan Türkiyə ilə münasibətlərdən danışıb: “Kiçik addımlarla irəli getməyə çalışırıq”

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün kiçik addımlarla irəli getməyə  çalışır. Bu haqda Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı bəyan edib.

“Kiçik addımlarla irəliləmək mümkün olar. Əgər danışıqlar aparırıqsa,  deməli müəyyən anlaşma var  və münasibətləri normallaşdırmaq olar.

Bu məsələ əvvəllər həll olunmayıb, hərçənd ki, əvvəllər imzalanmış sənədin Dağlıq Qarabağ münaqişəsi və ya Ermənistan-Azərbaycan münasibətləri ilə heç bir əlaqəsi yox idi.  Lakin ratifikasiya mərhələsində bütün bunlarla bağlanılıb” – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bu məsələdə hələ də bir-biri ilə məsləhətləşmələr aparır və bu əlaqənin nə qədər möhkəm olması zamanla yeyiləcək.

Paşinyan deyir ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün fürsət görürlər, bu fürsətdən istifadə etmək üçün hər şeyə hazırdırlar.

O, qeyd edir ki, Türkiyədən dama davamlı “Zəngəzur dəhlizi” şüarları birbaşa olaraq proseslərə mane olur. Lakin bu o demək deyil ki, həmin bəyanatlardan sonra Ermənistan Türkiyə ilə dialoqu dayandıracaq.

Xatırladaq ki, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr mövcud deyil.

Daha çox göstər
Back to top button