Başlıcaİctimaiyyət

“Aurora” mükafatı oktyabrda Venesiyada veriləcək

Aurora Mükafat Mərasimi və onun xüsusi tədbirləri 14-16 oktyabr tarixlərində İtaliyanın Venesiya şəhərində keçiriləcək.

Venesiyada xüsusi tədbirlər zamanı Aurora Dialogues tədibiri də keçiriləcək. Müzakirələr zamanı “Aurora” qəhrəmanları Camila Afqani, Mahinur Əl-Məsri və Hadi Quman çıxış edəcəklər. İkinci müzakirələr zamanı bəşəriyyətin gələcəyini müəyyən edəcək problemlərin həllində gənc nəslin həyati rolu müzakirə olunacaq.

Xüsusi tədbirlər mükafatlandırma mərasimi ilə başa çatacaq. Tədbir dünyada erməni mədəniyyətinin ən görkəmli mərkəzlərindən biri olan Müqəddəs Ghazar Adasında keçiriləcək.

Xatırladaq ki, Aurora Humanitar Təşəbbüsü və Aurora Mükafatı ən çox ehtiyacı olanlara kömək etməklə bütün dünyada humanitar problemləri həll etməyə çalışır.

Daha çox göstər
Back to top button