BaşlıcaEkonomika

Ermənistanla ticarət dövriyyəsi yaxın gələcəkdə 3 milyard dollar təşkil edəcək: Rusiya Dövlət Dumasının vitse-spikeri

Əminlik var ki, yaxın gələcəkdə ölkələrimiz arasında illik ticarət dövriyyəsi 3 milyard dollar təşkil edəcək. Rusiya Dövlət Dumasının vitse-spikeri Aleksey Qordeyev iyunun 28-də Yerevanda jurnalistlərlə söhbətində belə deyib.

O xatırladıb ki, Rusiya ilə Ermənistan arasında bu və ya digər əməkdaşlıq sahəsində 200-ə yaxın saziş var və ER baş nazirinin müavini Mher Qriqoryanla görüşdə həmin potensialın inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Onun sözlərinə görə, cari ildə ticarət dövriyyəsində yaxşı artım var. Bu gün Ermənistan iqtisadiyyatına Rusiya sərmayələri təxminən 40% təşkil edir,

Xatırladaq ki, 2021-ci ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 2,6 milyard dollar təşkil edib..

Daha çox göstər
Back to top button