BaşlıcaSiyasət

Mher Qriqoryan:  “Baş nazirin müavinlərindən ibarət işçi qrupu Yerevan  və Bakının mövqelərini yaxınlaşdıra bilib”

Baş nazir müavinlərindən ibarət işçi qrupu bir çox məsələlərdə, xüsusən də sərhəd və gömrük nəzarəti ilə bağlı Yerevan və Bakının mövqelərini yaxınlaşdıra bilib. Bu haqda  TASS-a müsahibəsində ER Baş nazirinin müavini Mher Qriqoryan deyib.

“Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətini konstruktiv hesab edirəm. Şübhəsiz ki, çətin məsələdir, lakin deməliyəm ki, tərəflər bir çox məsələlərdə mövqelərini yaxınlaşdıra biliblər” – deyə o, qeyd edib.

Mher Qriqoryanın sözlərinə görə, “Hal-hazırda ekspert alt qrupları avtomobil və dəmir yolu infrastrukturunun gələcək istifadəsi və bərpası ilə bağlı məsələlərin işlənməsini davam etdirir”.

Daha çox göstər
Back to top button