
Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal naziri Svenya Şulze bu həftə Ermənistana gələcək. Dördgünlük səfər çərçivəsində nazir Gürcüstanda da olacaqdır.
Alınan məlumata görə, bu haqda Almaniyanın Ermənistandakı səfirliyinin bəyan edib.
Nazir cümə axşamı-cümə günləri Ermənistanda olacaq və Baş nazir Nikol Paşinyan və İqtisadiyyat naziri Vahan Kerobyanla görüşəcək.
Məlumata görə, görüşlər zamanı Federal nazir Ermənistan tərəfinə inkişaf siyasəti üzrə əməkdaşlığı güclü ikitərəfli tərəfdaşlıq səviyyəsinə qaldırmağı təklif edəcək.
Səfər Almaniya və Ermənistan arasında inkişaf siyasəti üzrə əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə böyük töhfə verəcəkdir.
“Bu il Almaniya və Ermənistan diplomatik əlaqələrinin 30-cu ildönümünü qeyd edirlər. Federal nazirin səfəri bu hadisəni qeyd etmək üçün mühüm addımdır.
Tərəfdaşlarımızla təmaslar vasitəsilə mən Almaniyanın Ermənistanı necə dəstəkləyə biləcəyi barədə təsəvvür əldə etmək istərdim”- deyərək Almaniyanın Ermənistandakı səfirliyi nazirin sözlərini sitat gətirib.