BaşlıcaSiyasət

Ekspert: “Ankara “Zəngəzur dəhlizi”ni açmaq istəyi ilə Yerevanla təntənəli görüşlər keçirir”

ER XİN bəyan edib ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin növbəti görüşü iyulun 1-də Vyanada keçiriləcək.

Türkoloq Andranik İspiryanın sözlərinə görə, bu görüşlə bağlı ictimaiyyətdən müəyyən gözləntilər var.

Bununla belə, ekspert görüşün ritual xarakter daşıdığından əmindir.

“Biz Türkiyənin bəyanatlarını, Ermənistanın Baş nazirinin reaksiyasını görürük. Biz Ermənistan-Türkiyə münasibətlərində Ankaranın konkret addımlarını hələlik  görmürük” –  deyə İspiryan jurnalistlə söhbətində bildirib.

Xatırladaq ki, bu, Ruben Rubinyanla Serdar Kılıç arasında dördüncü görüşdür. Hər iki görüş Moskva və Vyanada keçirilib.

Vyanada baş tutan sonuncu görüşü Ermənistan Xarici işlər nazirliyi “səmimi və məhsuldar” olaraq qiymətləndirib və əmin edib ki, tərəflər “prosesi ilkin şərt olmadan davam etdirmək barədə razılıqlarını təsdiq ediblər”.

Türkiyə “Zəngəzur dəhlizi”nin açılmasını hədəfləyir və Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanana qədər Ermənistanla münasibətlərin normallaşmasını gözləyir.

“Həmin ölkələrlə münasibətlər düzgün hesablanmalı və buna uyğun siyasət aparılmalıdır” –deyərək türkoloq qeyd edib.

Daha çox göstər
Back to top button