Başlıcaİctimaiyyət

Lion və Yerevan şəhərləri arasında anlaşma memorandumu imzalanıb

Yerevan və Lion şəhərləri arasında 1992-ci ildən bəri olan əlaqələr yeni mərhələyə keçəcək. Ermənistan-Fransa qeyri-mərkəzləşdirilmiş əməkdaşlığının dördüncü forumunda iştirak etmək üçün Lyonda olan Yerevan meri Haçya Sagsyan Lion meri Qreqori Duse ilə görüşüb.

Lion meri qeyd edib ki, Yerevan tərəfdaş şəhərləri arasında xüsusi əhəmiyyət kəsb edir.

Yerevan meri öz növbəsində birgə proqramlarının həyata keçirilməsinə və təcrübə mübadiləsinin aparılmasına əhəmiyyət verib.

“Şəhər iqtisadiyyatının idarə edilməsi sahəsində Lion ilə təcrübə mübadiləsi proqramlarının həyata keçirilməsi bizim üçün çox vacibdir. İnanırıq ki, nəqliyyat, nəqliyyatın idarə edilməsi və şəhərsalma sahələrində konkret əməkdaşlıq edə bilərik. Yerevan Ermənistan-Fransa qeyri-mərkəzləşdirilmiş əməkdaşlığının genişləndirilməsində və inkişafında həqiqətən maraqlıdır və biz, burada böyük perspektivlər görürük”,- deyə Yerevan meri qeyd etdi.

Rəsmi görüş zamanı Yerevan və Lion bələdiyyələri arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanmış sənədlə tərəflər Fransa-Ermənistan peşə təhsili mərkəzinin inkişafını dəstəkləyərək təhsil sahəsində səylərini birləşdirməyə razılaşıblar.

Daha çox göstər
Back to top button