Başlıcaİctimaiyyət

“Müdafiə Xətti” iyulun 1-də Azərbaycanda qapalı məhkəmələrə qarşı etiraz aksiyası keçirəcək

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatı iyulun 1-də Məhkəmə-Hüquq Şurasının binası qarşısında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib.

Hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib ki, aksiyada məhkəmələrin qanunvericiliyin tələblərinə zidd olaraq qapalı keçirlməsinə etiraz ediləcək.

“Məhkəmələrin xüsusilə siyasi yüklü mühakimələri məzhəkəyə çevirmələri azlıq edirmiş kimi, “açıq tamaşaları” bağlı elan edirlər, işlərin icraatı qapalı aparılır. Hüquq müdafiəçilərini, media mənsublarını, vətəndaş cəmiyyəti fəallarını məhkəmə zallarına buraxmırlar. Ümumiyyətlə, bir qayda olaraq, vəkillərdən və təqsirləndirilən şəxslərin ailə üzvlərindən savayı kimsəni prosesə buraxmırlar”, deyə o qeyd edib.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan keçiriləcək istənilən qeyri-qanuni aksiyanın qarşısı alınacaq.

Daha çox göstər
Back to top button