
İyunun 27-28-də Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan prezidenti aparatının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin görüşü baş tutmayıb.
Alınan məlumata görə, hökumət iclasından sonra jurnalistlərlə söhbətində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, bundan əvvəl razılaşma oluolmuşdur lakin təxirə salınıb.
“Azərbaycanın görüşü təxirə salmasının dəqiq səbəbləri hələlik bəlli deyil. Bizdə məlumat var ki, gələcəkdə belə bir görüş baş tuta bilər” – deyə Armen Qriqoryan bildirib.