BaşlıcaSiyasət

Ermənistan ərazisindən dəhliz məntiqi ilə keçən istənilən yol istisna olunur: TŞ katibi

Ermənistan ərazisindən dəhliz məntiqi ilə keçən istənilən yol istisna olunur. “Armenpress”in məlumatına görə, bunu iyunun 30-da Hökumət iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Bizim siyasətimiz belə davam edir. Mövqelərimizin yaxınlaşdığını elan edəndə, bu, yalnız sərhəd nəzarətinin olacağı məntiqi ilə irəli getdiyimizi deməkdir. Ermənistan ərazisindən dəhliz məntiqi ilə keçən istənilən yol istisna olunur”- deyə o qeyd edib.

Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, kommunikasiyaların açılması məsələsi həm Moskvada, həm də Brüsseldə müzakirə olunub.

“Azərbaycan uzun zaman deyirdi ki, dəhlizdən danışılır. Səhv etmirəmsə, noyabrın 6-da Rusiya baş nazirinin müavini Overçuk Yerevanda olarkən heç bir məsələnin dəhliz məntiqi ilə müzakirə olunmadığını açıqlayıb. Brüssel danışıqlarından sonra da eyni şey oldu. Mişelin sözçüsü açıq şəkildə bildirdi ki, heç bir dəhliz heç vaxt müzakirə olunmayıb. Bu, onu göstərir ki, danışıqlarda bizim yanaşmamız həmişə belə olub və indi də belədir” – deyə o əlavə edib.

Daha çox göstər
Back to top button