BaşlıcaSiyasət

Kanada Ermənistanda səfirlik açacaq və səfir təyin edəcək – ER Xarici İşlər Nazirliyi Kanadanın qərarını alqışlayır

“Kanada Ermənistanda səfirlik açacaq və səfir təyin edəcək. Bu, ikitərəfli əlaqələri gücləndirəcək və Kanadanın erməni demokratiyasına dəstəyini artıracaq”.

Bu barədə Kanadanın xarici işlər naziri Melani Coli tviterdə yazıb bildirib.

Onun sözlərinə görə, Kanada dünyada sülh və demokratiyanın bərqərar olması üçün fəaliyyətini davam etdirəcək.

ER XİN başçısı Ararat Mirzoyan Kanadanın xarici işlər naziri Melani Colinin bəyanatına resaksiya verib.

“Biz Kanadanın Ermənistanda səfirlik açmaq və səfir təyin etmək qərarını alqışlayırıq. Bu, inkişaf etməkdə olan Ermənistan-Kanada münasibətləri kontekstində atılan addımdır və ümumi dəyərlərə əsaslanan ikitərəfli əməkdaşlığımızı daha da gücləndirəcək”,-deyə Mirzoyan tviterdə yazdı.

Xatırladaq ki, dünən Ararat Mirzoyanla Melani Coli arasında telefon danışığı olub. NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində mətbuat konfransı zamanı Kanadanın xarici işlər naziri Melani Coli bəyan edib ki, Kanada Ermənistanda səfirlik açmağı planlaşdırır.

Daha çox göstər
Back to top button