
Noyabrın 9-dan Berdzor-Aqavno ilə bağlı məsələlər Artsax tərəfdaşları ilə müzakirə olunur. Verilən məlumata görə, bu haqda Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyunun 30-da keçirilən iclasdan sonra jurnalistlərə verdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Artsax hakimiyyəti bunun üzərində işləyir.
“Yol və sakinlər üçün həll yollarını tapmaq naminə hələ vaxtımız var. Təxminən 1,5 il vaxtımız var, biz Artsax hökuməti ilə işləyəcəyik və həll yollarını tapacağıq”- deyərək o qeyd edib.
Sülh gündəliyindən danışan Təhlükəsizlik Şurasının katibi deyib ki, hər şey çox da asan olmayacaq.
“Çətinliklər haqqında bilirik, lakin biz onu da başa düşürük ki, regionumuzda uzunmüddətli təhlükəsizliyin təmin edilməsinin mümkün yolu sülh gündəmidir.
Biz bu istiqamətdə işi davam etdirəcəyik, lakin onu da başa düşürük ki, bu, təkcə Ermənistandan asılı deyil”- deyərək Qriqoryan bildirib.