Başlıcaİdman

Azərbaycan idmançısı Ermənistanın himni səsləndirilərkən oradan uzaqlaşdığı üçün medaldan məhrum edilib (Video)

Ermənistanın Güləş Federasiyası Beynəlxalq Güləş Federasiyasına Ermənistanın Himni ərzində  azərbaycanlı idmançının  davranış tərzinə görə şikayət edib.

Beynəlxalq Güləş Federasiyası Azərbaycan idmançısı Cəfərovun diskvalifikasiyası və medaldan məhrum edilməsi barədə qərar qəbul edib.

GEF-in mətbuat xidmətindən verilən məlumata görə, yeni mükafatlandırma mərasimi keçirilib.

Xatırladaq ki, Hayk Papikyana uduzan azərbaycanlı Ermənistanın himni səsləndirilərkən fəxri kürsüdən enibdir.

Qeyd edək ki, Romada keçirilən sərbəst güləş üzrə U-20 Avropa çempionatında 70 kq çəki dərəcəsində mübarizə aparan Hayk Papikyan həlledici görüşdə azərbaycanlı Sabir Cəfərovu məğlub edərək Avropa çempionu elan edilib.

Daha çox göstər
Back to top button