BaşlıcaSiyasət

Azərbaycan İsrailin dəstəyi ilə kibertəhlükəsizlik mərkəzi yaradır

İsrail kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanmasında Azərbaycana kömək edəcəkdir.Bu haqda Azərbaycan mətbuatı xəbər verir.

 Bildirilir ki, Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildədir.

Səfər çərçivəsində Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi yanında Elektron təhlükəsizlik xidməti ilə İsrailin məşhur Texniki  “Technion”   universiteti arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən yaxın 3 ildə fəaliyyətə başlayacaq Azərbaycanın kibertəhlükəsizlik mərkəzi 1000-dən çox mütəxəssis hazırlayacaqdır.

Layihə çərçivəsində Bakıda Texniki “Technion” universitetinin professor-müəllim heyətinin iştirakı ilə təlim keçiriləcək.

Daha çox göstər
Back to top button