BaşlıcaSiyasət

Nikol Paşinyan Co Baydenə təbrik məktubu göndərib

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ABŞ-ın Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenə təbrik məktubu göndərib.

Qeyd olunur ki, müstəqillik elan edildikdən sonra ABŞ xalqı və bütün hökumətlər ardıcıl olaraq azadlıq, insan haqları, qanunun aliliyi və demokratiyanın bərqərar olması və möhkəmləndirilməsi yolu ilə getdilər.

“Dövlətlərimiz və xalqlarımız arasında dostluq və tərəfdaşlıq ümumi dəyərlərə, qarşılıqlı inam və dostluğa əsaslanır. Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, demokratiyanın möhkəmləndirilməsində hökumətlərimiz arasında əməkdaşlıq və qarşılıqlı öhdəliklər nəzərəçarpacaq nəticələr verir.

Sizi Müstəqillik Günü münasibətilə bir daha təbrik edir, sizə və Amerika Birləşmiş Ştatları xalqına firavanlıq və sülh arzulayıram

Zəhmət olmasa, hörmətli Prezident, mənim dərin ehtiramımı qəbul edin”,- deyə məktubda qeyd olunur.

Daha çox göstər
Back to top button