BaşlıcaSiyasət

Tərəflər Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanı yaratmaq barədə razılığa gəliblər

İyulun 1-də Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesinin xüsusi nümayəndələri, Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və səfir Serdar Kılıç Vyanada dördüncü görüş keçiriblər.

ER Xarici işlər nazirliyindən verilən məlumata görə, tərəflər müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini ən qısa müddətdə keçmək imkanlarını təmin etmək barədə razılığa gəliblər və bu istiqamətdə zəruri proseslərə başlamaq qərarına gəliblər.

Həmçinin Ermənistanla Türkiyə arasında birbaşa hava yük daşımalarının ən qısa zamanda həyata keçirilməsinə başlanılması razılaşdırılıb və onlar bu istiqamətdə lazımi proseslərə başlamaq qərarına gəliblər.

Bundan əlavə, iki ölkə arasında tam nizamlanmanın yekun məqsədinə nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımlar müzakirə edilib.

Nəhayət, tərəflər ilkin şərt olmadan nizamlanma prosesinin davam etdirilməsi ilə bağlı razılıqlarını bir daha vurğuladılar.

Daha çox göstər
Back to top button