
Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Bunu İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra jurnalistlərə deyib.
O bildirib ki, üçtərəfli görüşün vaxtı Ceyhun Bayramovla müzakirələrdə müəyyənləşəcək və açıqlanacaq.
İran XİN başçısı Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri ilə bağlı hazırlıq işlərinin görüldüyünü bildirib.