
“3+3” formatında növbəti sessiya İranda keçiriləcək. Bu haqda Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla görüşərkən qeyd edib.Məlumatı İranın “Mehr” agentliyi yayıb.
“Azərbaycan regional forumlarda iştirak və əməkdaşlıqla bağlı İranın konstruktiv mövqeyini alqışlayır. Yaxın vaxtlarda İran “3+3” formatında növbəti sessiyaya ev sahibliyi edəcəkdir” – deyə Bayramov bildirib.
Cənubi Qafqazda “3+3” formatında ilk əməkdaşlıq iclası 2021-ci il dekabrın 10-da Moskvada keçirilib və onun çərçivəsində 5 iştirakçı ölkənin – Ermənistan, Rusiya, Türkiyə, Azərbaycan və İranın nümayəndələri iştirak edib.
Onlar regionda əməkdaşlığın perspektivlərini və ümumi təhlükələrə qarşı mübarizəni müzakirə ediblər. . Gürcüstan bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını bəyan edib.