Başlıcaİctimaiyyət

2022-ci ilin ilk 6 ayı ərzində ER vətəndaşlığı üçün təxminən 9917 müraciət edilib

Bu il artıq 10 minə yaxın insan ER vətəndaşlığı üçün müraciət edib. Bu barədə ER baş naziri administrasiyası rəhbərinin müavini Taron Çaxoyan öz Facebook səhifəsində yazıb.

2022-ci ilin ilk 6 ayı ərzində ER vətəndaşlığı üçün təxminən 9917 müraciət edilib. Bu, 2017 və 2018-ci ilin eyni dövründə daxil olan müraciətlərin sayından təxminən 2 dəfə və müharibədən sonrakı 2021-ci ilin ilk 6 ayında daxil olan müraciətlərin sayından təxminən 3 dəfə çoxdur.

İlk 6 ay ərzində ER vətəndaşlığı üçün müraciətlərin sayı tarixlərə görə aşağıda təqdim olunur.

2022-ci il – 9917
2021-ci il – 3448
2020-ci il – 4176
2019-cu il – 6121
2018-ci il – 5716
2017-ci il – 4755

Daha çox göstər
Back to top button