BaşlıcaBeynəlxalq
Adam Şiff Milli Təhlükəsizlik ayrılmaları aktına erməni əsirlərini dərhal azad edilməsini tələb edən düzəliş təqdim edib

ABŞ konqresmeni Adam Şiff 2023-cü maliyyə ili üçün Milli Təhlükəsizlik ayrılmaları aktına düzəliş təqdim edərək, Azərbaycanı erməni hərbi əsirləri və mülki şəxsləri dərhal azad etməyə çağırıb.
Bu haqda Amerika Dat Komitəsi məlumat yayıb. Onlarla konqresmen 698 saylı düzəlişi dəstəklədiklərini bildiriblər.
ABŞ-ın Hay Dat komitəsinin nümayəndə heyəti gələn həftə Nümayəndələr palatasının prosessual komitəsində müzakirə zamanı 698 saylı düzəlişin tərəfdarlarının sayını artırmaq üçün böyük səylər göstərdiklərini bildirib.
Milli Təhlükəsizlik ayrılmaları aktına edilən düzəlişlər komitədə qəbul olunarsa, ABŞ Konqresinin Nümayəndələr palatasında səsverməyə çıxarılacaqdır.