Gələn il Yerevanda dudukçuların beynəlxalq festivalının keçirilməsi planlaşdırılır

Gələn il Yerevanda dudukaçıların beynəlxalq festivalının keçirilməsi planlaşdırılır. Festival “Civan Gasparyan” adını daşıyacaq.
“Armenpress”in məlumatına görə, bu barədə iyulun 6-da Civan Gasparyanın büstünün açılış mərasimində təhsil, elm, mədəniyyət, idman naziri Vahram Dumanyan bildirib.
Nazir müavini Ara Xzmalyan əlavə edib ki, yaddaşı qorumağın ən doğru və effektiv yolu onu yaşatmaqdır. “Duduk YUNESKO-nun siyahısına daxil edildiyi üçün Ermənistanın bu alətə sahibliyini hər il mütəmadi olaraq təsdiq edəcək beynəlxalq layihəyə malik olması çox vacibdir” – deyə Xzmalyan bildirib.
Nazir müavini vurğulayıb ki, festivala Civan Gasparyanın adının verilməsi ustadın əməyinin ən böyük mükafatı olacaq. Festival çərçivəsində həmçinin bu alət haqqında ictimaiyyəti məlumatlandırmaq üçün konfranslar, müzakirələr təşkil olunacaq.
Nazir müavini qeyd edib ki, festivalın ideyası ilk dəfədir təqdim olunur. Ustadın ailə üzvləri ilə də müzakirə olunacaq.