BaşlıcaMədəniyyət

“Qızıl ərik” soyqırımdan möcüzəvi şəkildə sağ çıxan və ABŞ-a mühacirət edən gənc erməni haqqında filmlə başlayacaq

Yerevanda “Qızıl ərik” mükafatlandırma mərasimi “Amerikalı” filminin premyerası ilə başlayacaq. Bu barədə “Armenpress”ə filmin prodüseri Arman Nşanyan məlumat verib.

“Mən çox şadam ki, filmin premyerası Ermənistanda keçirilir, biz fəxrlə erməni məhsullarını dünyaya tanıtmalı, hər şeyin haradan başladığını qeyd etməliyik” – deyə Arman Nşanyan bildirib.

Filmin çəkilişlərinə 2020-ci ilin fevralında başlanılıb. Lakin pandemiya başlayan kimi çəkilişlər dayandırılıb.

“Filmimizin bir çox aktyorları, o cümlədən dünya şöhrətli “Kağız ev” serialından tanınan Hovik Keuçkeryan Ermənistana gələ bilmədi”.

Filmin rejissoru və ssenari müəllifi “Emmi” və “Qızıl Qlobus” mükafatı laureatı Maykl Qurcyandır.

Daha çox göstər
Back to top button