BaşlıcaSiyasət

Afeyan: “Türkiyə ilə iqtisadi əlaqələri və Erməni Soyqırımını qarışdırmaq olmaz”

Bəzi prosesləri (Erməni Soyqırımını) digərlərindən ayırmaq lazımdır, onları qarışdırmaq yox. Bu barədə iyulun 7-də Yerevanda jurnalistlərlə söhbətində Amerikanın “Moderna” əczaçılıq şirkətinin direktorlar şurasının rəhbəri, “Avrora” humanitar təşəbbüsün həmtəsisçisi Nubar Afeyan bildirib.

Onun fikrincə, Erməni Soyqırımı tarixi reallıqdır, ona görə də heç bir hökumət ona təsir edə bilməz və soyqırımı olmasaydı, ermənilərin əksəriyyəti dünyaya səpələnməzdi.

“İki il əvvəl dünya mediası mənim peyvəndimdən danışarkən  Türkiyədə yazmışdılar ki, mən bir vaxtlar başqa ölkəyə köçmüş türkəm, sonra da belə bir reaksiya oldu ki, orada ermənilər öldürülməsəydi, bəlkə biz də orada yaşamağa davam edərdik”- deyərək Afeyan əlavə edib.

O, əmin olduğunu bildirib ki, indiki söhbətlər başqa məcrada getməli, keçmişə deyil, bu günə və gələcəyə yönəlməlidir.

“Keçmişi hüquqi və digər üsullarla öyrənmək olar, Türkiyənin öhdəlikləri və yanaşmaları ilə nələrin baş verəcəyini öyrənmək olar.

 Lakin bütün bunlar o demək deyil ki, biz ehtiyatla və mərhələli şəkildə iqtisadi əlaqələr yarada bilmərik. Axı biz Ermənistanın inkişaf etməsini istəyirik. Bu bölgədə biz yaşayırıq və Ermənistan başqa yerə köçə bilməz” – deyə Afeyan yekunlaşdırıb.

Xatırladaq ki, iyulun 7-də Afeyan Yerevan Dövlət Universitetinin fəxri doktoru elmi dərəcəsinə layiq görülüb.

Daha çox göstər
Back to top button