ArtsaxBaşlıcaİctimaiyyət

Artsaxda tikinti işləri sürətlə davam edir

44 Müharibədən sonra Artsax dinc normal həyata qayıtmağa çalışır. Respublikanın hər yerində genişmiqyaslı quruculuq işləri davam etdirilir. Bu günlərdə Artsax böyük tikinti meydançasını xatırladır. Hər yerdə tikinti işləri gedir, demək olar ki, hər küçədə dayanmadan tikinti texnikasının səsi eşidilir.

Arstax Respublikasının şəhərsalma naziri Aram Sargsyan qeyd edib ki, 3700-dən çox yaşayış evinin tikintisi davam edir. 3700 evdən1605-i “Hayastan” ümumerməni fondunun vəsaiti ilə tikilir. Onlardan 300-ü artıq 2022-ci ilin sonuna, qalan hissəsi isə 2023-cü ilin sonunadək istifadəyə veriləcək.

Ümumerməni Hayastan fondundan başqa, Ermənistan və Artsax hökumətləri də Artsaxda mənzil tikintisinə böyük investisiyalar qoyurlar. İnşaatçılar etiraf etdilər ki, iş həftə sonları belə dayanmır, çünki minlərlə soydaşımız bir gün əvvəl evlərlə təmin olunmalıdır.

Stepanakertin Ajapnyak hissəsində da fəal tikinti işləri aparılır, inşaatçılar onu şərti olaraq Hadrut adlandırırdılar. Burada Hadrut şəhərinin sakinləri üçün 240 mənzil tikiləcək. Burada ümumilikdə 14 bina olacaq. Burada tikinti işləri 2021-ci ilin sentyabr ayında başlanılıb və 2023-cü ilin sentyabrında başa çatdırılması planlaşdırılır.

Stepanakertin İvanyan məhəllədə də tikinti işləri davam etməkdədir. Burada Hayastan Ümumerməni Fondunun vəsaiti ilə Hadrut rayonunun Mets Tağer kəndinin sakinləri üçün 180 mənzil tikilir. Mənzillər bu ilin sonuna qədər sakinlərə veriləcək. Yaşayış binalarından birinin tikintisi yaxın vaxtlarda başa çatdırılacaq.

Ümumerməni fonudunun dəstəryi ilə burada Hadrut rayonunun Uxtasar kəndinin sakinləri üçün 107 yaşayış evi salınır. Nazir Sargsyanın sözlərinə görə, 44 günlük müharibədən sonra, ümumilikdə, köçkünlərin və həlak olanların yaxınlarının mənzil ehtiyaclarını həll etmək üçün 7000-9000 ailə üçün yeni yaşayış evinə ehtiyac var. Bu gün 1000 ailə mənzillə təmin olunub, 2023-cü ilin sonuna kimi daha 3700 ailə mənzilə sahib olacaq.

“Digər vətəndaşlarımızın ev məsələsinə gəlincə, bizim hazır layihələrimiz var və qarşıdakı layihələrdə də mənzil tikintisi proqramını davam etdirəcəyik”,- deyə nazir qeyd etdi.

Daha çox göstər
Back to top button