ER vətəndaşlığı üçün müraciət edənlərin sayı böyük həcmə çatıb: Polis rəisinin müavini

Son 2 ayda Ermənistan Respublikası vətəndaşlığı üçün müraciət edənlərin sayı böyük həcmə çatıb və şəxsiyyət vəsiqəsi üçün müraciət edənlərin sayı da xeyli artıb.
Bunu ER polisinin rəis müavini Ara Fidanyan parlamentin növbədənkənar sessiyasında “Ermənistan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Layihənin məqsədi iqtisadiyyat, elm, mədəniyyət, səhiyyə, idman və digər sahələri inkişaf etdirmək üçün sadələşdirilmiş qaydada vətəndaşlıq alan və bir sıra sahələrdə mühüm töhfə verəcək şəxslərin dairəsini genişləndirməkdir”, – Fidanyan bildirib.
O vurğulayıb ki, bu il ərzində, xüsusən də son 2 ayda ER vətəndaşlığı üçün müraciət edənlərin sayı, eləcə də ER pasportu və şəxsiyyət vəsiqəsi üçün müraciət edənlərin sayı böyük həcmə çatmışdır.
2021-ci il ərzində 98 min 635 nəfər, 2022-ci ilin birinci yarısında isə 105 min 169 vətəndaş şəxsiyyət vəsiqəsi alıb.