BaşlıcaSiyasət

Gürcüstan Azərbaycan və Ermənistan parlamentlərinin üzvlərinin Tbilisidə görüşünü keçirməyə hazırdır

ATƏT Parlament Assambleyasının Birmingemdə keçirilən sonuncu sessiyasında Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bəyan edib ki, Gürcüstan sülh dialoqunu təşviq etmək üçün Azərbaycan və Ermənistan parlamentlərinin üzvlərinin Tbilisidə görüşünü keçirməyə hazırdır.

“Biz dinc dialoqun təşviqi üçün azərbaycanlı və erməni tərəfdaşlarımızı Tbilisidə qəbul etməyə hazırıq”- deyərək o, qeyd edib.

Komissiya sədri Cənubi Qafqazda sabitliyin və sülhün vacibliyindən danışaraq, Gürcüstanın regionda sülhün təmin olunmasında sabitləşdirici rol oynamağa hazır olduğunu bildirib.

Xatırladaq ki, Samxaradze ATƏT PA-da Gürcüstanın nümayəndə heyətinin rəhbəridir.

Daha çox göstər
Back to top button