Nikol Paşinyan: “Kristosun (İsa Məsihin) heykəli turistlərin Ermənistana marağını artıracaq”

Ermənistan Respublikası hökuməti “Multi Group” şirkətinin rəhbəri Qaqik Tsarukyanın Hatis dağında Kristosun heykəlinin tikintisi layihəsinə ilkin müsbət qiymət verib.
Baş nazir Nikol Paşinyan iyulun 7-də Nazirlər kabinetinin iclasında deyib və heykəlin turistlərin Ermənistana marağını artıracağını qeyd edib. Baş nazir qeyd edib ki, bununla bağlı müvafiq sənədlər hökumətə təqdim olunub.
“Müvafiq dövlət qurumları müzakirə edib qərar verməlidir. Layihə ilə bağlı ilkin qiymətləndirməmiz müsbətdir, çünki biz onun Ermənistana ciddi turist marağı gətirəcəyinə inanırıq.
Qaqik Tsarukyan Kristosun heykəlinin inşası layihəsini 2022-ci ilin yanvarında açıqlayıb. Təqdim olunan 300-dən çox işdən 7 gün ərzində 12 ən yaxşı əsər seçilib, daha sonra ictimai səsvermənin nəticələri və müsabiqə komissiyasının seçimi birləşdirilərək təqdim olunub.
Qeyd edək ki, Kristosun monumental heykəl-kompleksinin heykəltəraşı Armen Samvelyan öz layihəsi ilə qalib elan edilibdir.