BaşlıcaSiyasət

ABŞ səfirliyi GALA-nın suallarını cavablandırıb: “Münaqişənin ən mühüm məsələləri, o cümlədən DQ statusu hələ də həll olunmamış qalır”

Bir neçə gün əvvəl GALA ABŞ və Fransanın Ermənistandakı səfirlərinə sorğu göndərərək, Rusiya XİN rəhbərinin bəyanatına münasibət bildirmələrini xahiş edib.

ABŞ-ın Ermənistandakı səfirliyi suala belə cavab verib:

“ABŞ Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətində müsbət irəliləyişləri dəstəkləməyə və töhfə verməyə çalışır. ABŞ ikitərəfli formatda və həmfikir tərəfdaşlarla, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi , bütün həll olunmamış məsələlərin həllində Ermənistan və Azərbaycana kömək etməyə sadiqdir”.

GALA-nın növbəti sualına, ATƏT-in Minsk Qrupunun fəaliyyəti üçün hansı imkanlar görürlər və Azərbaycanın “Zəngəzur dəhlizi”ni güc yolu ilə açacaqları ilə bağlı davamlı təhdidlərini necə şərh edirlər?- sualına ABŞ səfirliyi belə cavab verib:

“Münaqişənin ən mühüm məsələləri, o cümlədən Dağlıq Qarabağın statusu hələ də həll olunmamış qalır. Biz inanırıq ki, region üçün dinc, demokratik və firavan gələcəyin açarı danışıqlar yolu ilə, hərtərəfli və davamlı şəkildə həlli ilə Dağlıq Qarabağ münaqişəsinə və ya ondan irəli gələn bütün həllini tapmayan münaqişələrlə bağlıdır..

Biz, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün həll edilməmiş məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllinə yönəlmiş səylərdə Ermənistan və Azərbaycana dəstək verməyə hazırıq”.

  • The U.S. seeks to support and foster positive momentum toward peace in the South Caucasus. The United States, by engaging bilaterally and with like-minded partners, including through our role as an OSCE Minsk Group Co-Chair, is committed to helping Armenia and Azerbaijan resolve all outstanding issues.
  • Critical aspects of the conflict remain unresolved, including the status of Nagorno-Karabakh. We continue to believe that the key to a peaceful, democratic, and prosperous future in the region is a negotiated, comprehensive, and sustainable settlement of all remaining issues related to or resulting from the Nagorno-Karabakh conflict.
  • We remain ready to assist Armenia and Azerbaijan with efforts towards a negotiated, comprehensive, and sustainable settlement of all remaining issues related to or resulting from the Nagorno-Karabakh conflict, including in our capacity as a co-chair of the OSCE Minsk Group.
Daha çox göstər
Back to top button