Başlıcaİctimaiyyət

Elen Asatryan Qlendeyl Şəhər Şurasının üzvü seçilib

Elen Asatryan Qlendeyl Şəhər Şurasına üzv seçildi, səkkiz namizədlik yarışında ikinci yeri tutdu və şəhərin ilk immiqrantı, ilk erməni-amerikalı və şəhər şurasına seçilmiş ən gənc qadın oldu. Məlumatı asbarez.com saytı yayıb.

Andiçmə mərasimi iyulun 12-də saat 08:00-da Qlendeyl şəhər şurasının zalında baş tutacaq.

39 yaşlı Elen Asatryan 13 165 səs toplayıb ki, bu da keçmiş mer Ara Nacaryan və Vrej Ağacanyanın seçilərkən aldıqları səsdən xeyli çoxdur.

“Biz Qlendeylin yeni tarixini yaradırıq. Biz hamımıza xidmət edəcək bir şəhər və həqiqətən xalqın evi olacaq bir bələdiyyə qurmaq üçün birlikdə işləməyə davam edəcəyik”, – Asatryan bildirib.

Daha çox göstər
Back to top button