Başlıcaİctimaiyyət

Erməni milyarderlər Forbes siyahısında

Amerikanın nüfuzlu “Forbes” jurnalı 2022-ci il üçün milyarderlərin dünya reytinqini dərc edib və bu reytinqə aktivləri 1 milyard dolları keçən 2668 iş adamı daxil edilib. Dünyanın ən zəngin adamı Tesla və SpaceX şirkətlərinin yaradıcısı İlon Maskdır. Forbes onun sərvətini 233,7 milyard dollar qiymətləndirib.

İkinci yerdə fransız iş adamı, Louis Vuitton Moët Hennessy şirkətinin prezidenti Bernard Arnault qərarlaşıb. Üçüncü yerdə isə Amazon qurucusu Ceff Bezosdur.

Dünyanın ən zəngin ermənisi rusiyalı iş adamı, “Taşir” qrupunun sahibi Samvel Karapetyandır.

Flagship Pioneering və Moderna Therapeutics şirkətlərinin qurucusu və icraçı direktoru Nubar Afeyanın da xalis sərvətinin 2 milyard olduğu təxmin edilir. O Forbes siyahısında 1473-cü yerdədir. Kim Kardaşyan 1,8 milyard dollarla Forbes milyarderləri siyahısında 1595-ci, argentinalı erməni Eduardo Ernekyan 1,5 milyard dollarla 1955-ci yerdədir. Biznesmen Ruben Vardanyan 1,2 milyard dollarla 2204-cü yerdədir.

Daha çox göstər
Back to top button