
İyulun 5-6-da Londonda Din və Etiqad Azadlığı üzrə Beynəlxalq nazirlər konfransı keçirilib. Bu barədə ER Böyük Britaniyadakı səfirliyinin Facebook səhifəsi məlumatlandırıb.
Konfransda Ermənistanı Böyük Britaniyadakı Fövqəladə və səlahiyyətli səfiri Varujan Nersesyan təmsil edib.
Səfir Nersesyan çıxışında Ermənistanın demokratik dəyərlərə, insan hüquqlarına, o cümlədən inanc və din azadlığına sadiqliyini bir daha təsdiq edib.
Yaxın Şərqdə xristianların çətin vəziyyətinə toxunan səfir regionda xristianlığın tarixi mövcudluğunun qorunması və bərpasının zəruriliyini vurğulamış, həmçinin Ermənistanın həmin min illik irsin bərpası və qorunub saxlanması istiqamətində ardıcıl səylərini təqdim etmişdir.
Səfir Nersesyan Dağlıq Qarabağda erməni mədəniyyət və dini irsinin Azərbaycan tərəfindən sistematik şəkildə məhv edilməsi faktlarını dini dözümsüzlüyün və nifrətin parlaq təzahürü kimi qeyd edib.
Səfir 2020-ci ildə Dağlıq Qarabağa qarşı müharibə zamanı və ondan sonra Şuşidəki “Surb Ammenaprqiç” (Müqəddəs Xilaskar) məbədinin və bir çox digər erməni dini abidələrinin dağıdılmasına diqqət çəkərək, Naxicevanın erməni irsinin tamamilə məhv edilməsi faktlarını vurğulayıbdır.
Səfir Nersesyan həmçinin diqqəti Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinin vandalizm və erməni mədəniyyət irsinin təhqir olunması aktlarının qarşısını almaq və cəzalandırmağı tapşırmış (7/12/2021) qərarının icrasına Azərbaycanın etinasızlığına diqqəti cəmləşdirib.
Səfir Nersesyan yekun nitqində insan hüquq və azadlıqlarının mövcud beynəlxalq mexanizmlərinə yenidən baxılmasının zəruriliyini vurğulamış, həmçinin Ermənistanın dini azlıqların maraqlarını qorumaq və ümumbəşəri dəyərləri qorumaq üçün bütün maraqlı tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu bir daha təsdiq etmişdir.