BaşlıcaSiyasət

Talışlara festival keçirməyə icazə verilmədi: “Bu, Azərbaycan hakimiyyətinin ayrı-seçkilik siyasətinin təzahürüdür”

Azərbaycan hakimiyyəti ölkədə yaşayan milli azlıqlara qarşı ayrı-seçkilik siyasətini davam etdirməkdədir. Xüsusən Xamoşəm kənd şəhər sovetinin təşəbbüsü ilə keçirilən folklor festivalının keçirilməsinə Astara rayon icra hakimiyyəti icazə verməyib.

Burada etnik talışlar yaşayır. Azərbaycan Talışlarının İctimai Şurası bunu hakimiyyətin talış xalqına qarşı ayrı-seçkilik siyasətinin təzahürü kimi qiymətləndirir-deyərək  “Кавказский Узел” yazır.

“Festivalın iyulun 16-da Bi dağ yaylasında keçirilməsi nəzərdə tutulmuşdu. Təşkilatçılar çoxşaxəli proqram hazırlamışdılar ki, bu proqramda ərazidən tapılan qədim əmək alətləri və məişət əşyalarının etnoqrafik sərgisi, musiqi nömrələri, folklor ansambllarının çıxışları və rəqs qrupları, idman yarışları və s. nümayiş etdirilməliydi..

Həmçinin festival çərçivəsində milli və talış mətbəxinin təamlarının, dağ xörəklərindən nümunələrin təqdim olunması nəzərdə tutulmuşdu” – deyə festivalın təşkilatçıları mətbuata bildiriblər.

Lakin icra hakimiyyətləri festivalın keçirilməsinə icazə verməkdən imtina ediblər. Rəsmi məktubda qeyd olunur ki, “festival ərazisinə şəxsi torpaqlar daxildir” və “çətin dağlıq ərazidə” yerləşir.

İmtina səbəbi kimi obşijitellər və mehmanxanaların olmaması da göstərilib. Lakin Azərbaycan Talış xalqının İctimai Şurası hakimiyyətin arqumentlərini “səmimi olmayan və qondarma” hesab edərək, bunu “Azərbaycan hakimiyyətinin talış xalqına qarşı milli ayrı-seçkilik siyasətinin təzahürü” kimi qiymətləndirir.

“Festivalın keçirilməsinə bu şəkildə mane olmağı təsadüfi hesab etmirik. Bunu Azərbaycan hökumətinin ölkənin yerli xalqı olan talışların dil və mədəniyyətinə etinasızlıq göstərməyə yönəlmiş siyasətinin tərkib hissəsi olaraq qiymətləndiririk.

Azərbaycan Konstitusiyasına və qanunlarına zidd olan bu cür münasibəti pisləyirik” – deyərək  Şuranın üzvü Hilal Məmmədov mediaya bildirib.

Əlavə edək ki, hələ 2019-cu ildə Avropa Şurası Azərbaycanda milli azlıqların hüquqlarının məhdudlaşdırılmasını tənqid etmişdi. Qurum milli azlıqların öz fikrini ifadə etmək hüququnun məhdud olduğunu, onların ana dilini öyrənməkdə də çətinlik çəkdiyini qeyd edib.

Həmin vaxt “Talışon Sədo” qəzetinin baş redaktoru Rafiq Cəlilov məruzədə talışların problemlərinin haqlı olaraq öz əksini tapdığını qeyd edib.

Politoloq Toğrul Cuvarlı da bildirdi ki, milli azlıqların hüquqlarının məhdudlaşdırılması Azərbaycanda demokratik azadlıqların ümumi şəkildə məhdudlaşdırılmasının nəticəsidir.

Daha çox göstər
Back to top button