
Rusiya-Türkiyə yaxınlaşması ilə bağlı strateji razılaşma həm Ukraynada, həm də Cənubi Qafqazda işləyir. O, bunu beynəlxalq ekspert, analitik, “Azdak” qəzetinin baş redaktoru Şahan Qantaharyanla “Radar Armenia” ilə söhbətində deyib.
O, Türkiyə xarici işlər nazirinin fikir ayrılıqlarına baxmayaraq, Ankara və Moskvanın münaqişəli vəziyyətlərdə öz siyasətlərini koordinasiya etmələri və buna paralel olaraq Lavrovun ATƏT-in Minsk Qrupunun buraxıldığını elan edərək, ən azı məsuliyyəti ABŞ və Fransanın üzərinə qoyması barədə bəyanatına toxunub.
Şahan Qantaharyan qeyd edib ki, bu, onların Qərbi sıxışdıraraq Cənubi Qafqazda Ankara ilə birgə işləyəcəklərini nəzərdə tutur.
“Düşünürəm ki, Ukraynadakı müharibənin nəticələrindən asılı olaraq, Qərbin Cənubi Qafqazda aktivləşməsi tendensiyaları müşahidə olunacaq, bunun ilkin şərtləri Brüsselin vasitəçilik cəhdlərində və hələlik onların verdiyi bəyanatlarda görünür. Vaşinqton və ya Dövlət Departamenti rəsmilərinin bölgəyə səfərləri buna işarədir” – deyə Şahan Qantaharyan bildirib.