
Mən şəxsən YUNESKO rəhbərliyinin nümayəndələri ilə görüşdüm. Bu ən yüksək mandatı olan təşkilatıdır ki, Qarabağdakı erməni mədəni irsi ilə bağlı məsələləri həll etməlidir.
Bunu iyulun 11-də “Ermənistan – İrsin əhəmiyyətinin araşdırılması, qorunması və qiymətləndirilməsi” proqramının təqdimatında təhsil, elm, mədəniyyət və idman maziri Vahram Dumanyan Azərbaycan tərəfindən işğal olunmuş ərazilərdə erməni mədəni irsinin qorunması məsələlərinə toxunurkən bildirib.
Nazir qeyd edib ki, bu məsələdə hələ ümumi yanaşma formallaşmadı. Onun sözlərinə görə, mövcud problemi həll etmək üçün xüsusi müşahidəçi qruplar yaradılmalıdır.
“Onlar mədəni əhəmiyyəti olan abidələri müşahidə edib, mövcud reallığı qeydə almalıdırlar. Təəssüf ki, qarşı tərəfin günahı ilə bunun həyata keçirilməsi hələlik mümkünsüzdür. Lakin deyə bilərəm ki, YUNESKO rəhbərliyi qərarlıdır. Onlar əlindən gələni edirlər”,-Dumanyan vurğuladı.