BaşlıcaSiyasət

Əliyevin bacısının Fransada bahalı evləri var: “Azərbaycan prezidentinin ailəsi növbəti qalmaqaldadır”

Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvlərinin növbəti korrupsiya qalmaqalında əli olması məlum olub.

“Jamnews”-un məlumatına görə, fransız jurnalistlər Azərbaycan prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın azı 52 milyon avro dəyərində dəbdəbəli daşınmaz əmlak almasına dair sübutlar əldə ediblər.

Alqı-satqılar 1999-2008-ci illərdə həyata keçirilib.Qeyd edilir ki, Sevil Əliyevanın Londonun ən zəngin ərazilərindən birində də bir neçə evi var.

 Fransanın “L’Obs” jurnalı “Lüks daşınmaz əmlak. Fransa dünyadan şübhəli pulları necə cəlb edir” sərlövhəli məqalə dərc edib və burada 60-dan çox xarici şəxsiyyətin, dövlət başçılarının, nazirlərin və ya şübhəli keçmişi olan iş adamlarının sərmayə qoyduğu qeyd olunub.

 Fransada dəbdəbəli malikanələr və ya mənzillər almaq üçün Fransız xəbər agentliyinin yazdığı kimi, Sen-Tropedəki o dəbdəbəli malikanələr Sevil Əliyevanın Fransadakı sərvətinin yalnız bir hissəsidir və  Əliyeva 2005-ci ildə qapalı hovuzu olan daha bir malikanə alıbonun da dəyəri yüz milyonlarla avrodur və Parisin 16-cı rayonundadır.

Alqı-satqının məbləği 11,5 milyon avrodur.

Fransız jurnalistlər iddia edirlər ki, Sevil Əliyevanın da Yelisey meydanı yaxınlığında ümumi dəyəri 14 milyon avrodan çox olan 4 mənzili var:

“Sevil Əliyeva özünü bəstəkar kimi tanıdır. Təxminən on il əvvəl iki CD buraxıb o da satılmayıbdır.

Digər sənədlərdə isə o, “ixtisasının”olmadığını  bildirib. Sevil Əliyevanın Fransada daşınmaz əmlaka qoyduğu ən azı 52 milyon avro haradan gəldi?

 Bilmək mümkün deyil. Əlaqə saxladıq, lakin Azərbaycan prezidentinin bacısı zənglərimizə cavab vermədi” – deyərək mətbu yazır.

Azərbaycanın eks-prezidenti Heydər Əliyevin yeganə qızı da Azərbaycan “Space” televiziyasına rəhbərlik edir. Müxtəlif məlumatlara görə, Sevil Əliyeva əsasən Londonda yaşayır.

Daha çox göstər
Back to top button