
“Ermənistan Ermənistan-Azərbaycan münasibətlərinin gündəmini mümkün qədər tez irəlilətmək üçün çalışmaqda davam edir”, – deyə Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində bu prosesin reallaşmaması ilə bağlı suala cavab olaraq bildirib. Armen Qriqoryan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə planlaşdırılan sonuncu görüşün ləğv edilməsinə dair suala toxunaraq qeyd edib:
“İlk növbədə delimitasiya ilə bağlı ilk görüş baş nazirin müavinləri səviyyəsində keçirilib və hər iki tərəf həmin görüşü müsbət qiymətləndirib. Bilirsiniz ki, növbəti görüş Moskvada, sonrakı görüş isə Brüsseldə olmalıdır. Ümid edirik ki, onlar ən qısa zamanda razılığa gələcəklər və o görüş baş tutacaq. Siz də xəbərdarsınız ki, bu yaxınlarda baş nazirin müavinləri blokadanın aradan qaldırılması mövzusunda Peterburqda görüübülər və ümumiyyətlə, mövqeləri mümkün qədər yaxınlaşdırmağa çalışıblar. Düşünürəm ki, bununla bağlı da bizim müsbət impulsumuz var və irəliləmək üçün imkan var”, – deyə Təhlükəsizlik Şurasının katibi bildirib.
O, yaxın vaxtlarda Hikmət Hacıyevlə görüşün mümkün olacağına ümid etdiyini bildirib. “Görüş keçirmək üçün müzakirələr aparırıq, başqa istiqamətlərdə də müzakirələr gedir. Ümid edək ki, yaxın vaxtlarda sülh müqaviləsi ilə bağlı görüşlər olacaq və biz irəli gedə biləcəyik, xarici işlər nazirlikləri bu istiqamətdə işləyir, ümid edək ki, hətta yaxın gələcəkdə bizdə belə irəliləyişlər olacaq. Qriqoryan onu da əlavə edib ki, Ermənistan danışıqlara hazırdır və Azərbaycanın bu cür siyasi iradəsi olduğu halda daha sürətlə irəliləmək mümkün olacaq.