BaşlıcaSiyasət

Xarici kəşfiyyat orqanı yaratmağı planlaşdırırlar

Keçirilən parlament dinləmələrində ER Nazirlər kabinetinin katibi Armen Qriqoryan güc strukturlarında nəzərdə tutulan islahatlara toxunub.

Onun sözlərinə görə: “Onlardan biri Polisdə, digəri Müdafiə nazirliyində və Silahlı qüvvələrdə olan  islahatlardır. Bu islahatlar kontekstində biz ayrıca xarici kəşfiyyat orqanının yaradılmasını planlaşdırırıq.

TŞ idarəsi artıq bu yeni strukturun formalaşdırılması üçün tərəfdaşlarla müzakirələrə başlayıb.Polis islahatları bu geniş kontekstdə nəzərdən keçirilməlidir, bunun əsasında da demokratik konsepsiya dayanır”.

Qriqoryan xatırladıb ki, hökumət 2018-ci ildən başlayaraq təhlükəsizlik sektorunun demokratikləşməsi prosesinə başlayıb ki, bu da təhlükəsizlik, sabitlik və potensialın gücləndirilməsi baxımından olduqca vacibdir.

Daha çox göstər
Back to top button